Natural Matcha tea. Origin - Kyoto, Japan.

Matça - körpə və incə çay yarpaqlarını qurudaraq, üyüdülərək toz halına gətirilməsi ilə hazırlanan yapon çayıdır. Yaşıl çaydan fərqi ondan ibarətdir ki, yaşıl çayı suda dəmləyərək, yarpaqları sudan çıxardıb, yalnız suyunu içirik. Bu halda faydanın az bir qismini qəbul etmiş oluruq. Lakin, Matça tozunu isti suda həll edərək çay yarpaqlarının tamamını tükədirik.

Yetişdirmə və hazırlanma xüsusiyyətləri,bu içkidə faydalı maddələrin daha çox qorunmasına imkan verir.

Çay yarpaqları yalnız ildə bir dəfə əllə biçilir. Ən vacib məqam ondan ibarətdir ki, iki həftə ondan əvvəl, günəş şüalarından qorumaq üçün yarpaqları örtürlər. Beləliklə, çay öz təravətini qoruyur, yarpaqlar isə tünd yaşıl rəngə malik olurlar. Premium serominal sortun dadı aminoturşularla zəngin olduğu üçün daha dərin(dadlı) və şirin olur.

Tərkibi kalsium, dəmir, lif, kalium, vitamin C, A, B1, B2, B6, P yod, ftor, zülal və digər maddələr ilə zəngindir.

Dərini cavanlaşdıran və ən əsası, pis xəstəliklərdən qoruyan antioksidantlar deposudur. Digər çaylardan fərqli olaraq, tərkibində ən güclü antioksidant sayılan EGC 100 dəfə artıqdır. Bu antioksidant ,vitamin C və E - dən 25-100 dəfə daha güclüdür.

* L-tanin yaddaşı və konsentrasiyanı yaxşılaşdırır, orqanizmdə dopamin və serotonin hormonlarını istehsal edir, əhval-ruhiyyəni artırır.

* Enerjini artırır və bədən müqavimətini gücləndirir. Adi yaşıl çaydan fərqli olaraq kofein ilə yox, L-tanin ilə bizə təmiz enerji verir. Bir fincan matçanın enerji təsiri 6 saata qədər davam edə bilər, əsəbilik və hipertoniya ilə müşayiət olunmur.

* Maddələr mübadiləsini gücləndirir və yağ hüceyrələrini yandırır, xolesterin seviyyəsini normallaşdırır. Yapon yaşıl çayı başqa yaşıl çaylardan arıqlamaq təsirinə görə 4 qat daha güclüdür.

* Immuniteti gücləndirir, sinir, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Xərçəng, skleroz, alsgeymer xəstəliklərin qabağını alır.

Əks göstəriciləri:

Hamiləlik və laktasiya dövründə, infarkt və ya insultdan sonra, mədə-bağırsaq traktında ciddi problemlər olanda və qaraciyər disfunksiyası zamanı matça istifadə etmək məsləhət görülmür.

Axşam saatlarında içmək məsləhət görülmür. Ancaq səhər və gərgin iş vaxtı qəbulu ən mükəmməl zamandır.

Həddindən artıq istifadəsi arzuolunmazdır: gündə 1-2 stəkan norma hesab olunur.

Hörmətlə: Ecosnacks komandası.